XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

11 İyun 2015 - 12:01

Prezident İlham Əliyev baş nazirlə müzakirə apardı – Qəbul

Bu gün Prezident İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Strateq.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bununla yanaşı, görüş zamanı birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmi qeyd edilib və bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.