XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 12:19

Nazir: “Ermənilərin Bakıya gəlişi ilk dəfə deyil”

“Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk belə hal deyil. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, ölkəmizdə keçirilən idman yarışlarda erməni idmançılar iştirak ediblər”.

Bunu Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov söyləyib.

Nazir Ermənistan idmançılarının dəvət olunması ilə bağlı qərarın necə qəbul edildiyi barədə suallara cavab verərkən bildirib ki, Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətinə 25 nəfər daxildir:

“Ermənistan nümayəndə heyətləri daha əvvəl ölkəmizdə mədəniyyət və digər sahələrdə keçirilən tədbirlərə qatılıblar. Nümayəndə heyətləri beynəlxalq tədbirlərdə iştirak etməlidirlər. İdman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format hazırlanıb. Əvvəllər Ermənistanla danışıqlar nəticəsində qarşı tərəfdəki vəziyyət öyrənilirdi. İndi artıq buna ehtiyac yoxdur. İndi sadəcə təminat məktubu yazılır. Bu da yetərli olur ki, idmançılar yarışlarda iştirak etsin”.