XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 17:46

Şəhid Mahir Mirzəyevin təltif edildiyi medal onun ailəsinə təqdim edilib –FOTOLAR

mahir-sehid

Təmas xəttində mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısını alarkən qəhrəmancasına həlak olan, Nərimanov rayonundan hərbi xidmətə çağırılmış,1994-cü il təvəllüdlüşəhid Mahir Mirzəyevin bu gün qırx mərasimi keçirilib.

Strateq.az xəbər verir ki, rayon rəhbərliyi, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, gənclər və ictimaiyyətin nümayəndələri şəhidin ərazi bütövlüyü uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı məkana gələrək onun məzarını ziyarət ediblər.

Böyük izdihamla keçən hüzr mərasimində isə şəhidin həyat və döyüş yolundan söhbət açılıb, bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən onun ailəsinə təqdim edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhid Mahir Mirzəyevin təltif edildiyi medal onun ailəsinə təqdim edilib
Şəhid Mahir Mirzəyevin təltif edildiyi medal onun ailəsinə təqdim edilib
Şəhid Mahir Mirzəyevin təltif edildiyi medal onun ailəsinə təqdim edilib