XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 17:51

Ərəb şahzadəsi Azərbaycandadır – Açılışda iştirak edəcək

Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bu gün Azərbaycana gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Səudiyyə Ərəbistanının şahzadəsini Azərbaycan Xarici İşlər Nazirliyinin və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, birinci Avropa Oyunları ilə əlaqədar bu gündən başlayaraq, Azərbaycana dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri gəlməkdədir. Onların 15-20 nəfəri dövlət və hökumət başçısı, 35-40 nəfər isə dövlətləri təmsil edən yüksək vəzifəli hökumət nümayəndəsi olacaq(Anspress)