XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 21:23

ABŞ əleyhinə çıxan partiya liderini həbs etdilər –Rusiyaya casusluq ittihamıyla

qandal-1

Polşada Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən “Smena” (“Dəyişmə”) partiyasının lideri Mateuş Piskorski həbs olunub.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Piskorski partiyanın ofisində və partiya  üzvlərinin evlərində keçirilən axtarışların nəticəsində həbs olunub.

Polşanın rəsmi qurumları Mateuş Piskorskinin həbs olunduğunu təsdiqləyib.

Yerli mətbuat “Smena”nın Polşada ABŞ əleyhinə  çıxış edən yeganə partiya olduğunu bildirir. Məlumata görə, partiya Kreml yönümlü mövqedən çıxış etdiyinə görə daim tənqid obyekti olub.