XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 18:35

Atletlər Kəndində bayraqlar qaldırıldı (FOTOLAR)
Atletlər Kəndində bayraqlar qaldırıldı (FOTOLAR)

Bu gün “Bakı-2015” birinci Avropa Oyunlarının Atletlər Kəndində Azərbaycan və Avropa Olimpiya Komitəsinin bayraqları qaldırılıb.

“Qafqazinfo”nun məlumatına görə, bayraqlar müvafiq olaraq Azərbaycanın və Avropa Olimpiya Komitəsinin himnlərinin müşayiəti ilə dalğalandırılıb.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov idmançıları salamlayıb: “Qitənin 6 mindən artıq idmançısı birinci Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq. ümid edirəm ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda layiqli olan qalib gələcək”.
Tədbir konsert proqramı ilə başa çatıb.

  • Atletlər Kəndində bayraqlar qaldırıldı (FOTOLAR)  <a class='popupgallerylink'  data-cke-saved-href='https://musavat.com/data/news/dir367/img1833429.jpg' href='http://musavat.com/data/news/dir367/img1833429.jpg' target='_blank'>Yüklə</a>
  • Atletlər Kəndində bayraqlar qaldırıldı (FOTOLAR)  <a class='popupgallerylink'  data-cke-saved-href='https://musavat.com/data/news/dir367/img1833434.jpg' href='http://musavat.com/data/news/dir367/img1833434.jpg' target='_blank'>Yüklə</a>