XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2016 - 01:22

Rusiyadan Ukraynaya neft məhsullarının tədarükü bərpa edilir

neft-2

Rusiyanın “Transneft” şirkəti may ayından etibarən Ukrayna istiqamətində neft məhsullarının tədarükünü bərpa etməyə qərar verib. 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu şirkətin nəqliyyat departamentinin rəhbəri Vladimir Nazarov deyib. Onun sözlərinə görə, cari ayın sonunadək qeyd olunan istiqamətdə 30 min ton neft məhsulları tədarük ediləcək.   

“Biz Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə başlayırıq. Ukraynaya 30 min ton məhsul nəql ediləcək, oradan isə hara tədarük olunacağını bilmirəm”, – deyə Nazarov bildirib.     

O əlavə edib ki, hazırda “Rosneft” şirkətinin 100 min ton dizel yanacağının  Ukrayna istiqamətində nəql edilməsi ilə bağlı sifarişi var.    

Qeyd edək ki, Ukrayna bundan əvvəl Rusiyadan ölkəyə neftin tədarük olunmasını xahiş edib. Bəzi məlumatlara görə, ölkənin hazırda 120 min ton neftə ehtiyacı var.