XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 22:25

ABŞ səfiri Əli Kərimli ilə görüşdü

Bir neçə gün əvvəl, Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşən ABŞ səfiri Robert Sekuta iyunun 11-də daha bir müxalifət lideri – AXCP sədri Əli Kərimli ilə görüşüb.

AXCP mətbuat xidmətindən “Azadlıq”a verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, siyasi məhbuslarla bağlı problem, sərbəst toplaşmaq azadlığı və mətbuat azadlığının vəziyyəti barədə müzakirələrə aparılıb.