XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 13:21

Polis BSU tələbələriylə görüşdü –Narkomaniyaya qarşı mübarizə yolları müzakirə edildi

bsu-esas

Bakı şəhərinin məsul polis əməkdaşları Bakı Slavyan Universitetinin tələbələri ilə görüşüblər.

“Narkomaniya ilə mübarizə” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev gənclərlə bu cür görüşlərin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının ali təhsil müəssisələrində mütamadi olaraq belə tədbirlər keçirməsi gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addımdır. "Sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir" – deyən Asif Hacıyev Bakı Slavyan Universitetində təhsil alan tələbələrin bu istiqamətdə gördüyü işlərdən, vacib layihələrdən söz açıb.

bsu-zaur-11

Bakı Baş Polis İdarəsinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Zaur Fətəliyev çıxışında qeyd edib ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır. Polkovnik narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Bakı Baş Polis İdarəsinin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb.

tuncay-33

Suraxanı rayonu 33-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizə etməyin yolları barədə məlumat verib. Narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan danışan Tuncay Abbasov gəncləri belə vərdişlərə qarşı mübarizədə fəal olmağa səsləyib. Problemin fiziki, maddi, dini və hüquqi cəhətdən mahiyyəti barədə tələbələri məlumatlandıran polkovnik-leytenant bu kimi vərdişlərin yaranmasının səbəbini narkomaniya ilə bağlı maarifləndirmənin kifayət qədər olmamasında və informasiya qıtlığında görüb.

Sonra narkomaniya ilə bağlı slayd nümayiş olunub, gənclərin çoxsaylı sualları cavablandırılıb.

bsu-telebe

bsu-telebe-2

 

Aytəkin Qardaşova,

BSU-nun tələbəsi