XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 06:34

Atletlər kəndindəki qəza ilə bağlı rəsmi açıqlama

Atletlər kəndindəki qəza ilə bağlı rəsmi açıqlama

Bakı 2015 mətbuat xidməti: “Atletlər kəndində baş verən qəza polis tərəfindən araşdırılır”

Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsi ötən gün baş verən qəza ilə bağlı yeni məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, BAOƏK-nin bəyanatında bildirilir ki, hadisə 11 iyun tarixində saat 08:30-da baş verib. Atletlər Kəndindinin Nəqliyyat deposunda avtobus Avstriya üzgüçülük üzrə yığma komandasının üç idmançısını vurub.
Fövqəladə xidmət əməkdaşları əraziyə cəlb olunub və idmançılardan Luna Pajer və Vanessa Sahinovic dərhal xəstəxanaya yerləşdirilib. Verena Breit adlı xanım idmançı isə Atletlər Kəndinin poliklinikasında müalicə edilib. Verena Breit Azərbaycanda müalicəsini davam etdirib. Luna Pajer və Vanessa Sahinovic isə sonradan özəl tibbi təyyarə ilə Avstriyaya göndərilib.
Bakı 2015 mətbuat xidmətinin rəhbəri bildirib ki, bu dəhşətli hadisədir və hazırda bizim bütün diqqətimiz Oyunlarda iştirak edən idmançılara, onların ailələrinə və Avstriya Nümayəndə Heyətinə yönəlib. Bildirilir ki, hadisə indi polis tərəfindən araşdırılır və bu proses bitənə qədər heç bir açıqlama verilməyəcək.