XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2016 - 15:32

Alman tədqiqatçısı Qarabağıntarixini tədqiq edəcək

trend_amea_main

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Almaniyadan gəlmiş mütəxəssis doktor Michael Reinhard ilə görüş keçirilib.

Bu barədə Strateq.az-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, doktor M.Reinhardın Azərbaycana gəlişinin səbəbi – Qarabağın qədim, otra əsr və yeni dövr tarixinə olan marağıdır. 

Onun bildirdiyinə görə, Qarabağ tarixinə, xüsusilə də Albaniya dövrünə aid Almaniyada kitab çap etdirmək niyyətindədir və bu məqsədlə də elmi biliklərini zənginləşdirmək üçün Azərbaycan alimləri ilə görüşlər keçirir.

Görüşdə Arxeologiya və Etnoqrafiya İnstitunun albanşünas alimləri M.Reinharda Qarabağın zəngin tarixi, bu bölgənin qədim Azərbaycan ərazisi olması barədə ətraflı məlumatlar veriblər.

Eyni zamanda mütəxəssislər Rusiya imperiyası tərəfindən XIX əsrin ortalarından başlayaraq Qarabağa köçürülmüş ermənilərin mütəmadi olaraq Azərbaycan abidələrini özününküləşdirmə siyasətindən, bu yöndən olan saxtakarlıqlarla guya bu ərazilərdə qədimdən yaşamalarını sübut etməyə cəhdlərindən söz açıblar.

M.Reinharda nəşr edəcəyi kitabda belə saxta cəhdlərə cavab olaraq Qarabağın tarixinin tam obyektiv işıqlandıracağını bildirib.