XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 08:11

SOCAR işə qəbulla bağlı vakansiya ELAN edib

Socar.jpg

SOCAR-ın struktur bölmələrinə işə qəbulla bağlı vakansiyalar elan olunub.

Bu barədə Strateq.az saytına qrumdan daxil olan məlumatda bildirlir.

Məlumatda qeyd olunur ki, Ağdam magistral qaz kəmərləri sahəsində (MQKS) Bərdə rayonu üzrə – energetik, Siyəzən MQKS-də xətti istismar xidməti üzrə – usta, Ağdaş MQKS-də Şəki rayonu xətti istismar xidməti üzrə – usta, Astara MQKS-i Saatlı-İmişli magistral qaz kəmərlərinə xidmət üzrə -mühəndis vakansiyaları elan edilib. Həmin regionlarda yaşayan, vakansiyaların tələblərinə uyğun gələn (təhsil səviyyələri və iş təcrübələri uyğun olan) vətəndaşlar bu vakansiyalara müraciət etməklə müsabiqədə iştirak edə bilərlər.

Azərbaycan Dövlət Neft Şirkətində aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilən işçilərin sosial təminatının dayanıqlığının qorunması məqsədi ilə 17.01.2014-cü ildə “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqram təsdiq olunub.

Sərbəstləşdirilmiş işçilərin bu Proqram çərçivəsində SOCAR-ın struktur bölmələrində yaranan vakant yerlərdə yerləşdirilməsi ilə əlaqədar olaraq müsabiqə yolu ilə işə qəbul prosesi müvəqqəti olaraq məhdudlaşdırılıbr. Lakin buna baxmayaraq, struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilmiş işçilər və daxili resurslar hesabına doldurulması mümkün olmayan vakansiyalar mütəmadi olaraq şirkətin veb-saytında elan olunur.