XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 08:37

AZAL qadın pilotlar hazırlamaq üçün sənəd qəbuluna başlayır- ELAN

qadin pilot.jpg

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlamasını elan edir.

AZAL-dan verilən xəbərə görə, sənəd qəbulu 1-30 iyulda həyata keçiriləcək.(Sputnik)

Namizədlər boyu 160-180 sm, maksimum çəkisi 75 kq olan və Azərbaycan, rus və ingilis dillərini sərbəst bilən 18-25 yaşlı qadınlar olmalıdır.

Müsabiqədə iştirak etmək üçün namizədlər şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir), təhsil haqqında sənədin əsli, 3×4 sm ölçüdə şəkil və xarici dil bilgilərini təsdiqləyən sertifikat (əgər varsa) sənədlərini toplamalıdırlar.

Bütün sənədlər AZAL-ın Personalla iş üzrə Baş idarəsinə təqdim edilməlidir. Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.

Əlavə məlumat əldə etmək üçün AZAL-ın Personalla iş üzrə Baş idarəsinə müraciət etmək olar.

Telefon: (+994 12) 497-26-00 (daxili xətt: 32-84)

AZAL-ın bu qəbulu MDB məkanında ilk dəfədir.