XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 01:52

Co Bayden Azərbaycan və Ermənistan prezidentləri ilə danışdı:“Atəşkəsə riayət edin!”

bayden

 

ABŞ vitse-prezidenti Co Bayden bu gün telefonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla danışıb.

Bu barədə Ağ Evin yaydığı açılqamada bildirilir. Telefon söhbətində ABŞ rəsmisi 16 mayda Vyanada ATƏT-in  Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən müzakirələr əsnasında əldə olunan razılıqları alqışlayıb.

“Tərəflər ATƏT-in hazırkı missiyasını genişləndirmək və ATƏT-in araşdırma mexanizmini yekunlaşdırmaq barədə razılığa gəliblər,” – deyə açıqlamada bildirilir. Vitse-prezident Bayden ölkələri atəşkəsə riayət etməyə çağırıb və hərtərəfli razılığın üzərində gedən danışıqların iyunda bərpa edilməsinin vacibliyini vurğulyaıb.

Aprel ayının əvvəlində atəşkəsin pozulması nəticəsində Azərbaycan və Ermənistan hərbi qüvvələri arasındakı təmas xəttində gərginliklər artıb. Ötən həftələrdə qızışan döyüşlər nəticəsində hər iki tərəfdən onlarla əsgər həlak olub.