Ağ Ev qarşısında baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
TASS agentliyinin məlumaınta görə, Ağ Evin mühafizəçiləri prezident iqamətgahına yaxınlaşan silahlı şəxsi güllələyib.
Məlumata əsasən, adı açıqlanmayan şəxs buraxılış postuna yaxınlaşaraq silah çıxarıb. Buna cavab olaraq mühafizə xidmətinin əməkdaşı atəş açaraq onu qarnından yaralayıb.