XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2016 - 10:11

Ermənilər bu gecə də atəşkəsi pozub- Müdafiə Nazirliyi

esger

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenidən pozub.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.