XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2016 - 13:36

İri qaya parçaları Quba-Xınalıqyolunu bağladı (FOTOLAR)

Mayın 20-də gecə saatlarında Quba-İspik-Xınalıq yolunun hərəkət hissəsinə dağlardan qopan qaya parçalarının və torpaq kütləsinin tökülməsi səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.

Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Azərtac-a bildirib ki, qaya parçaları daha çox yolun 37-ci kilometrliyinə düşüb. Xınalıqla bərabər, bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat və Bostankeş kəndləri ilə də nəqliyyat əlaqəsi kəsilib.

Gecə saatlarından yolun təmizlənməsinə başlanılıb. İdarənin ağır texnikaları vasitəsilə ağırlığı 15-20 ton olan qaya parçaları yolun hərəkət hissəsindən kənarlaşdırılır.