XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 21:32

AN12 təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədləriqohumlarına veriləcək

Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizasının cari nəticələrinə əsasən prokurorluq orqanları AN12 təyyarəsinin həlak olmuş üç heyət üzvünün – Rzayev Nadir, Şahverdiyev Firdovsi və Zülfiyev Azərin cəsədlərini qohumlarına verməyə artıq razılıq verib.

Məlumatı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından veriblər.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmamışdır.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olmuşdur.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı – texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalmışdır. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər(azərtac).