XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2016 - 11:39

Quba-İspik-Xınalıq yolunda son durum- FOTO

Quba-İspik-Xınalıq yolunun hərəkət hissəsi dağlardan qopan qaya parçaları və torpaq kütləsindən tam təmizlənib. Bununla da mayın 21-də axşam saatlarından Xınalıqla bərabər, bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat və Bostankeş kəndləri ilə də nəqliyyat əlaqəsi bərpa olunub.

Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Azərtac-a bildirib ki, qaya parçaları daha çox yolun 37-ci kilometrliyinə düşüb. Ağırlığı 15-20 ton olan iri qaya parçaları yolun hərəkət hissəsindən kənarlaşdırılıb.

Təbii proseslərlə əlaqədar yaz aylarında bu kimi hallar tez-tez baş verir. Qaya parçalarının və torpaq kütləsinin yolun hərəkət hissəsinə tökülməsi səbəbindən Quba-Xınalıq yolu son vaxtlar təxminən 10 dəfə müvəqqəti bağlanıb.