XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2016 - 23:31

Cavid Qurbanov AKP-nin qurultayına qatıldı –FOTOLAR

cavid-qurbannn

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada qurultayı keçirilib.

Strateq.az ölkə saytlarında yayılan xəbərlərə istinadən xəbər verir ki, tədbirə Azərbaycandan da nümayəndələr qatılıb. 

Azərbaycandan gedən iştirakçılar arasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da olub. Ancaq Cavid Qurbanovun bu qurultaya Azərbaycandan rəsmi dəvət edilən qonaq qismində, yoxsa yeni baş nazir Binali Yıldırımın yaxın dostu kimi qatıldığı hələlik dəqiqləşdirilməyib.

Strateq.az moderator.az-a istinadən Cavid Qurbanovun qurultayda iştirakını təsdiqləyən görüntüləri də təqdim edir: