XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2015 - 12:13

Dünya şöhrətli idmançı Bakıda! – VİDEO

Dünyaca məşhur sprinter Maykl Conson Azərbaycana gəlib.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, onun səfərinin məqsədi azərbaycanlı atletlərin məşqlərinə nəzarət etmək, onları Avropa Oyunlarına kökləməkdir.

Məşhur atlet Useyn Boltun müəllimi olan Conson, Avropa Oyunlarının köhnə qitənin idmançılarının yaddaşında silinməz iz buraxacağına əmindir.

Maykl Conson bildiridb ki, 5 aya yaxındır ki, Azərbaycan atletləri məşq edir. O idmançıları I Avropa Oyunlarına və Rioda keçiriləcək olimpiyada hazırlayır. İdmançılar haqqında fikirlərini isə belə izah etdi: “Atletlərə cəld, güclü və dözümlü olmağı öyrədirik. Bizim işimiz atletləri yaxşı məşq etdirməkdir ki, onlar turnirlərdə yaxşı nəticəyə imza atsınlar”.