XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 13:42

Qarabağ separatçılarının eks – komandiri Ermənistan müdafiə nazirininmüavini təyin edildi

Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda

Ermənistan prezidenti Serj Sərksiyan silahlı qüvvələrin baş qərargah rəisinin müavini, general- leytenant Movses Akopyanı vəzifəsindən azad edib.

Strateq.az bildirir ki, Sərksiyanın digər fərmanı ilə o Ermənistan müdafiə nazirinin müavini, maddi – texniki təchizat üzrə departamentin rəisi təyin edilib.

Movses Akopyan 2015-ci ilin iyununda baş qərargah rəisinin müavini təyin olunmuşdu. Buna qədər o Dağlıq Qarabağda separatçı silahlı qruplarının komandiri vəzifəsini tutub.

Sərksiyanın digər fərmanı ilə polkovnik Temur Şahnazaryan Müdafiə Nazirliyinin rabitə idarəsinin rəisi təyin edilib.