XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 13:54

Deputatlardan ilginc addım –100 deputat növbədənkənar iclas istədi

meclis-1

Azərbaycan Milli Məclisinin (MM) bir qrup deputatı parlamentin növbədənkənar sessiyasının çağırılması üçün MM rəhbərliyinə müraciət edib.

Müraciəti 100-ə yaxın deputat imzalayıb.

Növbədənkənar sessiyasının çağırılmasında məqsəd yarımçıq qalmış bir sıra qanun layihələrini müzakirə etməkdir(Report).

Qeyd edək ki, yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.

Xatırladaq ki, MM-in növbədənkənar sessiyası Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır.