XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 15:38

Jirinovskidən hamını şoka salan təklif:“Balaca dövlətlərin birinə atom bombası ataq!”

jirinovski-88

Qalmaqallı siyasətçi kimi tanınan Vladimir Jirinovski az sayda əhalisi olan kiçik dövlətlərin birinə nüvə bombası atmağı təklif edib.

Strateq.az bildirir ki, Rusiya liberallarının lideri bu sözü “Bazar axşamı” proqramında çıxışı zamanı deyib. Bu təklifdən aparıcı Vladimir Solovyov da şoka düşüb.

“Şimal dənizində 200 min əhalisi olan balaca ada dövlətləri var. Onları Brüsselə göstərib demək olar: Baxın, görürsünzmü ada var. Indi isə o ada dövləti yoxdur!”,- deyə Jirinovski qeyd edib.  

Aparacı “bu dəhşətidr”,- deyə reaksiya verib.

Jirinovski cavabında “nə istəyrisiniz? İstəyirsiniz bizi kötəkləyib, Donbası güllə-baran etsinlər?, – deyə qışqırıb. 

“Bizim nüvə gücümüzün nəyə qadir olduğunu göstərmək lazımdır”, -deyə mat qalmış tamaşaçılara deyib.