XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2016 - 16:37

Mikayıl Cabbarov Xırdalanda vətəndaşlarla görüşəcək –Qəbul qrafiki

mikayil-nazir

Təhsil naziri Mikayıl Cabbarov 26 may 2016-cı il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində  Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Strateq.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Abşeron  rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 23, 24, 25 may 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.