XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 19:44

Ziya Bünyadov prospektindəhərəkət məhdudlaşdırılacaq

Mayın 23-də saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməsinədək olan hissəsində (Çermet körpüsünədək) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi, yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.