XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 20:00

Sərkisyanın işdən qovduğu generalbiznesmendir

cilingeryan

Ermənistan prezidenti Serj Sərksiyanın fərmanı ilə daha bir general işdən azad edilib.

Strateq.az bildirir ki, Melsik Çilingəryan Ermənistan Müdafiə Nazirliyinin silah təchizatı xidmətinin rəisi vəzifəsindən çıxarılıb.  

Bu barədə erməni prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Çilingəryan aprel ayında Qarabağda erməni silahlı qüvvələrinin döyüşdəki məğlubiyyətindən sonra vəzifəsini itirən 4-cü generaldır. O,  bu vəzifəyə 2009-cu ildə təyin olunmuşdu.

General Çilingəryan həmçinin biznesmen kimi də tanınır. Ermənistanda fəaliyyət göstərən “Amberd SES” MMC-nin səhmlərinin 30 faizinin sahibi general Çilingəryana məxsusdur. Ötən il onun sahibi olduğu MMC-də aparlan yoxlama nəticəsində ciddi yeyinti faktları aşkar edilib. Nəzarət Palatası enerji sferasında apardığı yoxlamalar zamanı müəyyən edib ki, şirkət su elektrik stansiyasının tikintisi üçün sifarişi yarıtmayıb. Məbləği qaytarmaq əvəzinə, dövlət büdcəsindən götürdüyü pulu mənimsəyib.

Belə ki, qanuna görə, şirkət tikinti sifarişini yerinə yetirmədikdə, sifarişi keyfiyyətsiz təhvil verdikdə, lisenziya şərtlərini kobud pozduqda  dövlət büdcəsinə məbləğin 50, ya da 100 faizini qaytarmalıdır.

Ötən il aparılmış yoxlama nəticəsndə məlum olub ki, “Amberd SES” MMC – nin büdcəyə ödyəcəyi məbləğ 12,3 milyon dram olub. Yoxlamadan sonra bu pul tam şəkildə büdcəyə köçürülüb.

Strateq.az