XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 20:50

Dolu və qasırğa Tovuz, Gədəbəy və Daşkəsəndəfəsadlar törətdi

Dolu və qasırğa Tovuz, Gədəbəy və Daşkəsəndə fəsadlar törədib.

Kəpəz TV (Region TV) xəbər verir ki, saat 17 radələrindən başlayaraq güclü külək və yağışla müşahidə edilən hava şəraiti Tovuzun bəzi kəndlərində fəsadlar törədib. Yağışın ardından yağan dolu nəticəsində Kirən, Köhnə Qala, Böyük Qışlaq və bir sıra kəndlərdə təsərrüfat sahələrinə ziyan dəyib. Daha çox kartof sahələri yararsız hala düşüb.

Gədəbəydə də kartof sahələrinə güclü külək və qasırğa nəticəsində xeyli ziyan dəyib. Külək rayonda avtomobil məktəbinin dam örütüyünü uçurub. Elektrik naqillərinə qismən ziyan dəyib.

Daşkəsən rayonunda isə yağışla müşahidə olunan güclü qasırğa olub. Təbii fəlakət nəticəsində rayon mərkəzində olan ağaclardan bir neçəsi aşaraq elektrik naqillərini qırıb. Bir ağac nəqliyyat vasitəsinin üzərinə aşıb və avtomobil yararsız hala düşüb.

Güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb. Hazırda Daşkəsən şəhərinin yarısı elektrik enerjisiz qalıb. Qasırğa bir neçə yaşayış binasının dam örtüyünü kənara atıb.

Hazırda hər üç rayonda təbii fəlakətin vurduğu ziyan müəyyənləşdirilir(trend).