XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2016 - 21:11

“BakuBus”ın avtobuslarınakondisionerlər qoşulacaq

May ayının sonundan “BakuBus”a məxsus avtobuslarda kondisionerlər qoşulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, avtobuslarda kondisionerlərin qoşulması barədə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər tərəfindən çoxsaylı müraciətlər daxil olub. “Tam yay rejiminə keçid mayın 28-dən nəzərdə tutulduğu üçün bu tarixə qədər günün pik saatlarında sərnişinlər bilavasitə sürücüyə müraciət edərlərsə bu problem aradan qaldırılar. Daimi rejimdə fəaliyyətə isə mayın sonundan keçiləcək”, – deyə N.Allahyarova vurğulayıb.