XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2015 - 01:32

Ərdoğanla Putin Bakıda görüşdü

Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi zamanı bir neçə gündür mətbuatın əsas diqqət yetirəcəyi görüşlərdən biri, nəhayət ki, baş tutub.

Anadolu agentliyinin yaydığı məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin mərasim zamanı görüşüblər.

Xatırladaq ki, hər rus, həm də türk mətbuatında bu görüşlə bağlı xəbər bir həftədən çoxdur diqqətdə saxlanılır. Ekspertlər Türkiyədəki parlament seçkilərindən sonra Putin-Ərdoğan görüşündəki müzakirələrin hər iki ölkə üçün çox əhəmiyyət daşıdığını vurğulayırdılar. Ancaq hələlik bu görüşdə nələrin müzakirə edildiyi haqda hər hansı açıqlama verilmir.

Strateq.az