XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

24 May 2016 - 02:22

Ramiz Mehdiyevin Çeçenistana getdiyi xəbəri yayıldı

mehd-4

 

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin Qroznıya getdiyi xəbəri yayılıb. 

Azərbaycanın rəsmi informasiya qaynaqları səfərlə bağlı hələlik hər hansı məlumat verməsələr də, virtualaz.org saytı bu haqda Çeçenistan Respublikasının səhiyyə naziri Elxan Süleymanovun  İnstagram səhifəsində yazdıqlarından xəbər tutub.

Elxan Süleymanov yazıb ki, hava limanında Ramiz Mehdiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini şəxsən qarşılayıb.

Azərbaycan Prezident Administrasiyası rəhbərinin Çeçenistana səfərinin işçi xarakter daşıdığı vurğulanır. 

Xatırladaq ki, bu gün (dünən) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda rəsmi səfərdə olan Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi – Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşmüşdü.