XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2015 - 13:11

Azərbaycan millisi ilk medalını qazandı

Azərbaycan millisi ilk medalını qazandı

Azərbaycan millisi Bakı-2015 Birinci Avropa Oyunlarının ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, buna qadın karateçimiz İlahə Qasımova nail olub.

55 kq çəki dərəcəsində kumite yarışında yarımfinala qədər inamla irəliləyən 22 yaşlı karateçi bu mərhələdə fransız Emili Toya məğlub olaraq, bürünc medal uğrunda mübarizə aparmalı olub.
Burda isə rəqib ispaniyalı Kristina Qarsiya Ferrer olub. Gərgin keçən oyunda Ferrer üzərində 5:2 hesablı qələbə qazanan İlahə Azərbaycanın Avropa Oyunlarında medal qazanan ilk idmançısı olub.