XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

24 May 2016 - 17:50

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana ciddi yatırım qoyacaq –Rəsmi

rufet

"2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana sərmayələrində ciddi artım olacaq".

Bu fikir Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Azərbaycanla münasibətlərə çox önəm verdiklərini deyən Suma Çakrabarti ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana sərmayələrində ciddi artım olacaq.

Azərbaycanın maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nin ortamüddətli strategiyası barədə qonağa məlumat verən Rüfət Aslanlı bank sektorunun sağlamlaşdırılması istiqamətində AYİB ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə AYİB arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.