XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2016 - 20:15

Nazir Ramil Usubov 450 gəncdən 210 nəfərini seçdi –Lənkəranda qəbul (FOTO)

ramil-usubov-sira

Bu gün respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon polis orqanlarında xidmətə qəbulla bağlı vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 450 nəfər iştirak edib.

Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb. Onların arasından daha hazırlıqlı olan 45 nəfər polisin və Daxili Qoşunların sıralarında xidmətə, 165 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Daxili işlər naziri gəncləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb, polis adını daim uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib.