XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 May 2016 - 22:58

Ermənistan yığması Bakıda keçiriləcəkyarışa gəlir

Game of Chess ca. 1990s

Ermənistan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov xəbər verib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda onun İrəvana səfəri zamanı müzakirə edilib.

“Ermənistan komandası yarışda iştirak edəcək. Onlar bundan imtina etməyiblər. Bu yaxınlarda Ermənistanda idim və yığma komandanın kapitanı Levon Aronyan Bakıda Dünya Kuboku üzrə yarışda çıxış etməsini xoş xatirələrlə yada saldı”, – deyə Kirsan İlyumjinov bildirib(ANS).

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1-14 sentyabrda Bakıda keçiriləcək. Ötən il sentyabrın 10-u Bakıda keçirilən şahmat turnirində ermənilər də çıxış edib.

Ermənistanı bu yarışmada Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyanvə Samvel Ter-Saakyan təmsil edib. Varujan Akopyan və Samuel Sevyanisə ABŞ bayrağı altında yarışda çıxış edib.