XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2015 - 20:37

Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı? -VİDEO

Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, paytaxtın xəritəsinə yeni daxil olmuş stadion öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkdi. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən – su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı. Səhnənin quraşdırılması üç aya başa gəlib.

Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən ilk Avropa Oyunlarını tarixi hadisə adlandırırlar.

Açılış Mərasimi “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin dediyi kimi, bir sıra maraqlı məqamlar və sürprizlərlə yadda qaldı.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əminliklə demişdi ki, Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq. “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri olacaq.

Onun söylədikləri dünən baş tutan möhtəşəm Açılış Mərasimində öz təsdiqini tapdı. Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.

Gənclər və İdman naziri Azad Rəhimov Bakı 2015-in Açılış Mərasiminin təxminən 100 milyon manata başa gəldiyini açıqlayıb.

Bəs, dünyanı heyrətləndirən şounun müəllifləri kimlərdir?

Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub.

Açılış mərasimini hazırlayan bədii heyətin siyahısına qısa nəzər yetirək: Bədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur.

Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə “Operaların lentə alınması üzrə ECHO mükafatı” laureatıdır.

Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan “Flux Ofis” şirkətinin memar və yaradıcıları – Tanassis Demiris və Eva Manikadakidir.

Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb.
https://www.youtube.com/watch?v=nUi1_bGiJSg