XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 10:45

İranın dini lideri Xameneyi:“ABŞ və digərləri heç bir qələt edə biməzlər”

 

 

xameneyi mezun

 “Son vaxtlar İranın raket qüdrəti barəsində böyük qalmaqal yaratdılar. Lakin bilsinlər ki, bu hay-küyün təsiri olmayacaq və onlar heç bir qələt edə bilməzlər”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xameneyi İmam Hüseyn (ə) Universiteti məzunlarının mərasimində çıxışı zamanı deyib.

Xameneyi nüvə enerjisi, raket qüdrəti və insan haqları kimi məsələlərin irəli sürülməsini "bəhanə" adlandırıb  və bildirib ki, bütün bu düşmənçilik və bəhanələrin əsas səbəbi imperializmin ardınca getməməlidir: “Müqavimət, düşmənin ardınca getməmək, inqilab və islam mentalitetinin qorunması İran xalqı və islam quruluşu iqtidarının əsas amilidir. ABŞ və digər güclər bu məsələdən çox narahatdırlar”.

Xameneyi bildirib ki, onlar bütün vasitələrdən – təzyiqlər, mədəni, iqtisadi, siyasi və təbliğat səylərindən istifadə edərək islam quruluşunu diz çökdürməyə  və onun ardınca getməyə məcbur etmək istəyirlər.