XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 10:58

Sabah seçkiqabağı təşviqat başlayacaq –90 saylı dairə üzrə

msk

Mayın 26-da 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayacaq.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat mayın 26-da başlanacaq, 17 iyun saat 08.00-da dayandırılacaq. 

APA