XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2016 - 12:19

Nazir Ramil Usubovun qəbul vaxtı dəyişdi –DİN-dən açıqlama

ramil-usubov-sira

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il mayın 27-də Bərdə Rayon Polis Şöbəsində nəzərdə tutulmuş sıra baxışının vaxtı dəyişdirilərək iyun ayının 2-nə  keçirilib.

Bu barədə Strateq.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, həmin gün Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti,  eyni zamanda,  «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə gənclərin qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.