XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 12:22

Haşimilər Krallığı 70 illiyini qeyd edir

iordan-1

 

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 70 illiyi ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh qonaqları salamlayıb, ölkəsinin müstəqillik qazanmasından sonrakı dövrdə keçdiyi inkişaf yolundan söhbət açıb. Onillər ərzində iqtisadi və mədəni sahələrdə çox böyük uğurlar qazandığını, iri sənaye sahələri yaradıldığını və bütün bunların nəticəsində İordaniyanın dünya birliyində layiqli yerin tutduğunu bildirib.

Ölkələrimiz arasındakı əlaqələrə toxunan diplomat deyib, bu münasibətlər Kral II Abdullahla prezident İlham Əliyevin birgə səyləri nəticəsində daha da genişlənir və inkişaf edir.

Sonda 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən səfir, dinamik inkişaf etməkdə olan müstəqil respublikamıza yeni uğurlar arzulayıb.


Tədbirdə Azərbaycan tərəfini təmsil edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev əlamətdar gün münasibətilə dost İordaniya xalqını Azərbaycan hökuməti adından təbrik edərək hazırkı qlobal, çətin şəraitdə onlara sülh və əmin-amanlıq diləyib. Ölkələrimizin siyasi, iqtisadi, mədəni və turizm sahələrində uğurla əməkdaşlıq etdiyini vurğulayan M. Məmmədquliyev qeyd edib ki, bu əlaqələr gələcəkdə də yüksələn xətt üzrə inkişafını qoruyub, saxlayacaq.

iordan-2

Laçın SƏMLA