XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 14:55

Deputatlar vətəndaşların şikayətlərinə baxılmasındannarazılıq edirlər

meclis02

Bir sıra qanunlar "Vətəndaşların müraciətləri" haqqında 2015-ci ilin payızında qəbul olumuş qanuna uyğunlaşdırılır.

Bunlar arasında "Ətraf mühitə dair informasiya almaq haqqında", "İnformasiya əldə etmək haqqında" və "İctimai iştirakçılıq haqqında" qanunlar var.

Modern.az-ın məlumatına görə, bu barədə parlamentin İnsan hüquqları komitəsinin iclasında məlumat verilib. Komitə sədri Bahar Muradova bu istiqamətdə  müvafiq qanun layihəsinin ölkə Prezidenti tərəfindən parlamentə göndərildiyini bildirib.

Onun sözlərinə görə, "Vətəndaşların müraciətləri haqqında" qanuna uyğun olaraq adıçəkilən qanunlardakı "vətəndaşların müraciətlərinə baxılması qaydası" sözləri "vətəndaşların müraciətləri" sözləri ilə əvəzlənir.

Müzakirələr zamanı isə daha çox "Vətəndaşların müraciətləri haqqında" qanunvericiliyə əsasən anonim müraciətlərə baxılmasının qadağan olunmasına münasibət bildirilib. Komitə üzvləri bunun bəzi hallarda ciddi problemlər yaradacağını dilə gətiriblər.

Deputatlar vətəndaşların müraciətlərinə, şikayətlərinə baxılmasında problemlərin yaranmasına öz etirazlarını ifadə ediblər.

 

Deputat Flora Qasımova bildirib ki, əksər hallarda şikayət edən vətəndaşların müraciətləri onların narazı qaldıqları şəxslərin, subyektlərin üzərinə göndərilir və bu da insanlarda növbəti narazılıq yaradır:

"Çünki şikayət etdikləri şəxs, subyekt yenə də öz bildiyi kimi məsələni həll edir. Heç çox zaman həmin müraciətləri qəbul etmək, onları yaxın buraxmaq belə istəmirlər. Bu isə insanları narazı salır".

Elman Nəsirov da həmkarının fikirlərini dəstəkləyib və bunu "səndən yar, sənə yar şikayətim var" kimi qiymətləndirib:

"Şikayətçinin şikayətinə, müraciətinə şikayət etdiyi insanın baxmasının nə demək olduğunu da anlatmağa xüsusi ehtiyac yoxdur". O, eyni zamanda, müraciətlərə baxılmamasına görə müəyyənləşdirilən maliyyə cəriməsinin azlığına etiraz edib.

"Bəlkə  də indiki reallıqda 100-200 manat maliyyə sanksiyası normaldır, amma hesab edirəm ki, bunun bir qədər də artırılmasına, maliyyə sanksiyalarının sərtləşdirilməsinə ehtiyac var".

Tahir Kərimli isə "Vətəndaşların müraciətləri haqında" qanunda anonim müraciətlərə baxılmasının qadağan olunmasını nəzərdə tutan müddəaya yenidən baxmağı təklif edib.

O bildirib ki, burada mütləq istisna edici məqam nəzərdə tutulmalıdır:

"Yəni, ictimai təhlükəli əməl məsələsi haqqında məlumatın verilməsi burada öz əksini tapmalıdır. Çünki görürük ki, tez-tez terror aksiyaları ilə bağlı vətəndaşlar tərəfindən daxili işlər və təhlükəsizlik orqanlarına məlumatlar daxil olur.

Ona görə də həmin müddəada məhz bu cür məlumatların verilməsinə şərait yaradan məqam nəzərdə tutulmalıdır".