XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2015 - 13:10

ABŞ Dövlət Departamenti Emin Hüseynovun ölkədən necə çıxdığını açıqladı – Anlaşma olubmuş

ABŞ dövlət departamenti Azərbaycan hakimiyyətinin 10 aydan artıq müddətdə İsveçrə səfirliyinə sığınan hüquq mudafiəçisi Emin Hüseynova ölkəni tərk etməsinə icazə verməsilə əlaqədar bəyanatla çıxış edib.

Rəsmi Vaşinqton bu qərarı alqışlayıb.

Dövlət departamenti bu jestin Avropa oyunlarının başlaması ilə bir vaxta təsadüf etməsini alqışlayaraq, eyni zamanda Azərbaycan hakimiyyətini xoş məram göstərməyə və hüquq-müdafiə fəaliyyətinə görə təqibə məruz qalmış digər şəxsləri – o cümlədən səhhətlərində ciddi problem yaranmış Leyla və Arif Yunusu və İntiqam Əliyevi də azad etməyə çağırıb.

ABŞ həmçinin İsveçrə hökumətinə Emin Hüseynova uzun muddət dəstək və yardım etməsinə görə təşəkkürünü bildirib. (Turan)