XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2015 - 05:45

Metroda adam öldü

Bu gün səhər saatlarda Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.

Məlumata görə, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb.

Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə işlər aparır. /anspress/