XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 06:09

Qadın güləşçilərimiz 1/4 finalda

Bu gün I Avropa Oyunlarında qadınlar arasında sərbəst güləş yarışlarına start verilib.

Strateq.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb.

Nataliya Sinişin isə Patrizia Liuzzi (İTA) üzərində 10:0 hesablı qələbə qazanıb.

60 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionumuz, Olimpiya Oyunlarını bürünc medalçısı Yuliya Ratkeviç isə 1/8 finalda ilk qarşılaşmasındaca Bolqarıstan təmsilçisi Taybe Yuseinə 1:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, güləş yarışlarının ilk iki günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisi birinci Avropa Oyunlarında ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.