Almaniya prezidenti Yoaxim Qauk 28 may Respublika Günü münasibətilə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
Alman dövlət başçısı Azərbaycan xalqına sülh və rifah arzu edərək, Almaniyanın Cənubi Qafqazda olan münaqişələrin həllinə öz töhvəsini verməyə hazır olduğunu vurğulayıb. Y.Qauk bildirib ki, Almaniya Azərbaycanın inkişafında etibarlı tərəfdaş olaraq qalacaq.
Strateq.az