XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 06:11

Gürcüstanda İŞİD liderlərindən birinin qohumu həbs edilib

Gürcüstanın Pankisi dərəsində terrorçu İŞİD qruplaşmasının liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu həbs olunub.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Pankisi dərəsində yaşayan insanları Suriyaya muzdlu əsgər kimi göndərməyə çalışan beş nəfər 100 polis əməkdaşının cəlb olunduğu xüsusi əməliyyat nəticəsində tutulub.

Həbs olunanlar arasında Batiraşvilinin qohumu Qayoz Borçaşvilinin də adı keçir.