XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 15:19

İran səfiri: “Qarabağa sülhməramlılar gətirmək barədə yalnız Bakı və Yerevan qərar verə bilər”

ilham serj vyana

“Dağlıq Qarabağ məsələsini ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirə etmək və danışıqlar yolu ilə həllinə nail olmaq lazımdır”.

Strateq.az bildirir ki, bu sözləri İranın Ermənistandakı səfiri Kazım Səccadi erməni jurnalistlərinə açıqlamasında bildirib.

Onun sözlərinə görə,  İran həmişə erməni və azərbaycanlılar arasında hərbi toqquşmanın qarşısını almağa çalışıb.  “Bütün məsələlər Minsk Qrupu çərçivəsində müzakirə edilməlidir”, – deyə səfir vurğulayıb.

Münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə müzakirələri şərh edən səfir Səccadi bildirib ki, İran həmişə münaqişə tərəflərinə qarşıdurmadan çəkinmək üçün müraciət edib: “Bu məsələnin həlli də iki dövlətin yüksək səviyyəli şəxslərin qərarlarından asılıdır”, -deyə diplomat bildirib.