Gürcüstan prezidenti Georgi Marqvelaşvili iyulun əvvəllərində NATO-nun Varşavada keçirəcəyi sammitdə ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.
Bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili deyib: “Gürcüstan nümayəndə heyətinə prezident başçılıq edəcək. Sammitdən öncə mütləq şəkildə Təhlükəsizlik Şurasının iclası keçiriləcək”.
Rəsmi Tbilisi Varşava sammitindən öz müdafiə potensialının güclənməsini və NATO-ya üzvlük yolunda müsbət irəliləyişə nail olmağı istəyir(Modern).