XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 11:26

Müsavat başqanı Avropa Parlamentinə dəvət olundu

arif hacili.jpg

Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa Parlamentində “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Avropa Parlamentinə dəvət edilib.
Bu barədə “Turan”-a partiyadan məlumat verilib.
Səfər iyunun 16-17-də baş tutacaq. Səfər çərçivəsində A.Hacılının Avropa Parlamentinin rəsmiləri, Avropa ölkələrinin hökümət və dövlət nümayəndələri, postsovet məkanı ölkələrinin siyasi partiya rəhbərləri ilə görüşləri planlaşdırılır.
Xatırladaq ki, Arif Hacılı bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşmüşdü. Partiyadan verilən məlumatda bildirilirdi ki, görüşdə əsasən qarşıdan gələn parlament seçkiləri, Müsavat Partiyasının seçkidə iştirakı, hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.