XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 12:03

“Qazprom”dan Putinə hesabat: “Almaniya rus qazının ən nəhəng alıcısıdır”

qazprom alman.jpg

“Almaniya qaz bazarı Rusiya üçün bir nömrəli bazardır. Bu ölkə rus qazının ən nəhəng istehlakçısıdır. ötən ilin may ayı ilə müqayisədə bu il Almaniya Rusiyadan 68 faiz daha çox qaz alıb”.

Strateq.az bildirir ki, bu sözləri “Qazprom”un rəhbəri Miller Kremldə Putinlə görüşü zamanı məruzə edib. Onun sözlərinə görə, Rusiyanın qaz ixracatı ilə bağlı tendensiyası çox yaxşıdır.

“Bu onu göstərir ki, rus qazına tələbat artır. Avropa bazarına qaz idxalı üçün yeni uzun müddətli müqavilələr avropalı tərəfdaşlarımızla gündəlikdədir”-deyə Miller bildirib.

2014-cü ildə “Qazprom” 44 milyard kubmetr qaz hasil edib.

X.SƏFƏRLİ